BAKI, 28 oktyabr. TELEQRAF

Ukrayna ordusu Rusiyanın paytaxtı Moskvaya üç PUA ilə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib. O, hər üç PUA-nın havada vurulduğunu qeyd edib.

“Fövqəladə hallar xidməti dağıntıların olduğu yerdə işləyir”, - mer əlavə edib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, saat 15:00-dan 20:00-dək hava hücumundan müdafiə qüvvələri Kursk (2), Tula (2), Kaluqa (1), Oryol (3) və Bryansk (7) vilayətləri üzərində 15 pilotsuz uçan aparatın qarşısını alıb.