BAKI, 28 oktyabr. TELEQRAF

HƏMAS hərəkatı daha bir israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İzzəddin əl-Qəssam Briqadalarının Telegram kanalında məlumat yayımlanıb.

Məlumatda qeyd olunub ki, mübadilə razılaşması çərçivəsində cəsəd bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə eyni) təhvil veriləcək.

Bildirilib ki, israilli girovun qalıqları Qəzza zolağında “tunellərdən birində” aşkar edilib.