BAKI, 25 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Asiyaya gözlənilən səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşmək istədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
ABŞ prezidenti bölgəyə yola düşərkən "Air Force One" təyyarəsində jurnalistlərə verdiyi açıqlamada Kim ilə "böyük münasibət" olduğunu əlavə edib: "Çox istərdim. Əgər bilmək istəyirsinizsə, mən bunu deyəcəm".