BAKI, 24 oktyabr. TELEQRAF

Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz Suriyaya səfir təyin edilib.

Teleqraf xəbər verir ki, Yılmaz 13 ildən sonra Türkiyənin Suriyadakı ilk səfiri olacaq.

2012-ci ilin martında Türkiyənin Dəməşqdəki səfirliyi bağlanıb və yalnız ötən ilin dekabrında Suriyada hökumət dəyişikliyindən sonra yenidən açılıb.