BAKI, 24 oktyabr. TELEQRAF
Yeni Dehlidə yağış yağdıran texnologiya uğurla sınaqdan keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə paytaxt meri Rekha Qupta bildirib.
"Dehlidə ilk dəfə olaraq bulud səpməklə süni yağış yaratmaq üçün hazırlıqlar tamamlandı və bu, paytaxtın havasının çirklənməsinə qarşı mübarizədə əsas texnoloji mərhələdir", - deyə mer söyləyib.
Oktyabrın 28-dən 30-dək Dehlidə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, oktyabrın 29-da isə süni yağışın yağacağı gözlənilir.