BAKI, 23 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin 2027-ci ilin Rusiyada “Coğrafiya ili” elan edilməsini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.
Bundan əlavə Putin Kremlin Teleqram kanalında canlı yayımlanan Rus Coğrafiya Cəmiyyətinin (RGC) 17-ci Konqresində çıxışı zamanı deyib ki, Rusiyada coğrafiya muzeyi yaradılmalıdır.
"Dünyada bir neçə ixtisaslaşdırılmış coğrafiya muzeyi var. Rusiyada da mütləq belə bir muzey yaradılmalıdır", - o bildirib.