BAKI, 21 oktyabr. TELEQRAF
Macarıstanın xüsusi xidmət orqanları Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdəki görüşü zamanı təhlükəsizliyi tam təmin edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç sosial şəbəkədə məlumat verib.
Analitikin sözlərinə görə, iki dövlət başçısının Macarıstanda təhlükəsizliyi təmin olunacaq. O əlavə edib ki, ölkənin xüsusi xidmət orqanları yaxşı təlim keçib və görüş zamanı amerikalı və rusiyalı mütəxəssislər də onlara yardım göstərəcək. Koşkoviç vurğulayıb ki, prezidentlərin qorunması prioritet olacaq.
Qeyd edək ki, 16 oktyabrda Putin və Tramp arasında səkkizinci telefon danışığı baş tutub və tərəflər yeni şəxsi sammitin təşkilinə razılıq veriblər. Görüş növbəti iki həftə ərzində Macarıstan paytaxtında keçirilə bilər.