BAKI, 20 oktyabr, TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynanın münaqişədə qalib gələcəyinə inanmır.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti bu barədə jurnalistlərə açıqlamasında bildirib.

O, münaqişənin tezliklə həllinin vacibliyinə toxunub:

"Mən heç vaxt deməmişəm ki, ukraynalılar qalib gələcəklər. Demişəm ki, onlar (Ukrayna qoşunları – red.) hələ də qalib gələ bilərlər. Mən bunun baş verəcəyini düşünmürəm, amma ola bilər", - Tramp jurnalistlərin Ukraynanın qələbəsinin mümkünlüyü ilə bağlı suallarını cavablandırarkən deyib.