BAKI, 18 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Rusiya-Ukrayna müharibəsi ilə bağlı maraqlı təklif irəli sürüb.

Teleqraf xəbər verir ki, o, “Truth Social” sosial şəbəkəsində hər iki tərəfin özünü qalib elan etməsini təklif edib.

“Qoy Putin və Zelenski hərəsi özünü qalib saysın, qərarı isə tarix versin”, – Tramp yazıb.

ABŞ lideri həmçinin görüşü “çox səmimi və maraqlı” adlandırıb. O bildirib ki, danışıqlarda Zelenskiyə sülh sazişi imzalamağı və qoşunların hazırkı mövqelərdə dayanmasını təklif edib.

Tramp vurğulayıb ki, əgər o, həmin dövrdə prezident olsaydı, bu müharibə ümumiyyətlə başlamazdı.