BAKI, 16 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp gələcəkdə Ukraynanın uzaqmənzilli silah təminatı barədə müraciətlərini təsdiqləyib-təsdiqləməyəcəyinə qərar verəcəyini vəd edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp Ağ Evdə səsləndirdiyi açıqlamasında bildirib.

ABŞ lideri qeyd edib ki, Ukrayna tərəfi irəliləyiş planlaşdırır və o, bu məsələ ilə bağlı qərarını verəcək.