BAKI, 15 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukrayna ilə münaqişəni dayandırmaq istəmədiyini bəyan edib.
Teleqraf xəbər verir ki, Ağ Evdə Argentina Prezidenti Xavyer Miley ilə görüşdə Tramp Putinin onu məyus etdiyini bir daha söyləyib.
"Çünki mənim Putinlə olduqca yaxşı münasibətim var idi. Onun bu müharibəni niyə davam etdirdiyini bilmirəm”, - Tramp əlavə edib.