BAKI, 14 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərinin verilməsi ehtimalı ilə bağlı açıqlaması Vaşinqtonun Kiyevə dəstək strategiyasını yenidən qiymətləndirdiyinə işarə edir.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın "L’AntiDiplomatico" nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Trampın Zelenskinin müraciətinə istinadla verdiyi bəyanat ABŞ-nin Ukrayna hakimiyyətinə dəstəyinə yeni və ziddiyyətli çalar qatır, həm də mümkün strategiya dəyişikliyinə işarə edir.
Nəşr qeyd edir ki, prezidentin bu sözləri Vaşinqtonun ritorikasında dəyişiklik baş verdiyini göstərə bilər. Bu isə həm münaqişəyə cəlb olunmuş tərəflərə təzyiq vasitəsi kimi, həm də eskalasiyaya səbəb ola biləcək daha sərt siyasətdən uzaqlaşma cəhdi kimi qiymətləndirilə bilər.