BAKI, 10 avqust. TELEQRAF
Türkiyənin keçmiş səhiyyə naziri Halil Şıvgın 75 yaşında dünyasını dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, sabiq nazir bir müddətdir müalicə aldığı xəstəxanada vəfat edib.
H.Şıvgının dəfn proqramının hələ dəqiqləşmədiyi bildirilib.