BAKI, 16 iyul. TELEQRAF
Danimarka Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Ukraynaya uzunmüddətli hərbi dəstəyi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edib.
Teleqraf xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, dörd əsas prioritetdən birincisi məhz Ukraynaya hərbi dəstəyin gücləndirilməsidir.
“Sədrliyimiz dövründə Aİ-nin Ukraynaya dəstəyi daha da artırılacaq və bu dəstək ölkənin ehtiyaclarına uyğun şəkildə daim yenilənəcək",– məlumatda deyilir.