BAKI, 16 iyul. TELEQRAF
Belarus Polşaya ATƏT vasitəsilə silahlara nəzarət sahəsində danışıqlara başlamağı təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Belarus təhlükəsizlik sahəsində əvvəlki razılaşmalara qayıtmaq və bu barədə Polşa ilə danışmağa hazırdır.
"Lakin rəsmi Minsk hesab edir ki, Varşava Avropada münaqişənin davam etməsində maraqlı olan qüvvələrin göstərişlərinə əməl edir",- məlumatda deyilir.