BAKI, 15 iyul. TELEQRAF
“Yaponiya hökuməti G7 ölkələri ilə sıx əməkdaşlıq çərçivəsində Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanlarını nəzərdən keçirəcək”.
Teleqraf xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında deyib.
Baş katib bildirib: "Ukraynada sülhə nail olmaq üçün müəyyən addımların atılması zərurəti ilə bağlı qərarlar qəbul etməyə davam edəcəyik. Beynəlxalq ictimaiyyətlə, ilk növbədə G7 ilə sıx əməkdaşlıq olunacaq. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Yaponiya Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib və bunu qüvvədə saxlayır”.
Yada salaq ki, Yaponiya hökuməti 2022-ci ilin yazından etibarən Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib.