BAKI, 14 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən danışıb.
Teleqraf xəbər verir ki, o bu barədə NATO - nun Baş katibi Mark Rutte ilə Ağ Evdəki görüşündə bildirib.
Donald Tramp Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla həll olunacağını deyib.
“Hesab etmək olar ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar uğurlu nəticələnəcək”, - o qeyd edib.