BAKI, 14 dekabr. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla görüşüb.
Teleqraf xəbər verir ki, İshaq Dar bu barədə "X" hesabında paylaşım edib.
"Sir Bani Yas Forum 2025” çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşməkdən məmnun oldum və qarşılıqlı maraq doğuran regional və ikitərəfli məsələləri müzakirə etdik",- paylaşımda deyilir.
Delighted to meet my brother, Jeyhun Bayramov, Foreign Minister of Azerbaijan @Bayramov_Jeyhun, on the sidelines of #SirBaniYasForum 2025 and discussed regional and bilateral matters of mutual interest. pic.twitter.com/GflsahP9oY
— Ishaq Dar (@MIshaqDar50) December 14, 2025