BAKI, 11 dekabr. TELEQRAF
Bu gün Banqkok şəhərində Azərbaycanın Tailand Krallığındakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycanın Tailand Krallığındakı səfirliyinin açılış mərasimində iştirak edib.
Nazir müavini səfirliyin yerləşdiyi binanın qarşısında Azərbaycanın dövlət bayrağını ucaldıb.
Daha sonra xarici işlər nazirinin müavini Elnur Məmmədov və onun tailandlı həmkarı Vijavat İsarabhakdi səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.
Daha sonra çoxsaylı rəsmi qonaqların iştirakı ilə ziyafət təşkil olunub.