BAKI, 10 dekabr. TELEQRAF

Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları Azərbaycana səfər ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Lüksemburq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində üç ölkənin siyasi direktorları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər.

"Belçika, Niderland və Lüksemburq nümayəndələri ölkələrinin sülh gündəliyinə, regional konnektivlik təşəbbüslərinə və Azərbaycanda iqtisadi inkişafa töhfə vermək məsələlərini müzakirə etmək üçün Bakıya səfər ediblər. Faydalı müzakirələrə görə Hikmət Hacıyevə, Azərbaycan Xarici İşlər Nazirliyinə və Milli Məclisə təşəkkür edirik",- məlumatda qeyd edilib.