BAKI, 17 dekabr. TELEQRAF
"Füzulidən çıxanda övladımı qucağımda gətirmişdim. Bu gün övladımla, onun ailəsi ilə birgə qayıdıram".
Teleqraf xəbər verir ki, bu sözləri əslən Füzulidən olan, bu gün isə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə qayıdan məcburi köçkün Nabat İsgəndərova jurnalistlərə açıqlamasında deyib.
"Ürəyimdə böyük sevinclə qayıdıram. İllərdir ki, bu günü gözləyirdik. Çox şükürlər olsun ki, arzumuz reallaşır. Buna görə İlham Əliyevə, qazilərimizə sonsuz minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin", - İsgəndərova bildirib.
Qeyd edək ki, bu gün Laçın şəhərinə, Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanları yola salınıb.