BAKI, 17 dekabr. TELEQRAF

Doğma yurduna yola salınan köç karvanı Laçın şəhərinə, Qırmızı Bazar qəsəbəsinə çatıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə 69 nəfərdən ibarət 17 ailə, Qırmızı Bazar qəsəbəsinə 18 ailə - 90 nəfər köçürülüb.

Ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

14:00

Bu gün yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə və Xocavəndin Hadrut qəsəbəsinə çatıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə Xıdırlıya 45 nəfərdən ibarət 16 ailə, Hadrut qəsəbəsinə 26 nəfərdən ibarət 6 ailə köçürülüb.

Ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

06:36

Bu gün Laçın şəhərinə, Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanları yola salınıb.

Teleqraf xəbər verir ki, köç zamanı 230 nəfərdən ibarət 57 ailə doğma yurdlarına yola düşüb.

Onlardan Laçın şəhərinə 17 ailə - 69 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə - 26 nəfər, Qırmızı Bazar qəsəbəsinə 18 ailə - 90 nəfər, Ağdamın Xıdırlı kəndi isə 16 ailə - 45 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.