BAKI, 17 dekabr. TELEQRAF

"1993-cü ildə Laçını tərk edəndə 37 yaşım var idi. Öz yurdundan didərgin düşmək, ondan ayrı qalmaq böyük ağrı və dərddir".

Teleqraf xəbər verir ki, bu sözləri bu gün Laçına qayıdan Camal Adıgözəlov jurnalistlərlə açıqlamasında deyib.

“İndi 70 yaşım var. Belə gözəl və rahat şəraitdə yenidən doğma yurduma qayıtdığıma görə ölkə başçısına, qazilərimizə təşəkkür edirəm. Canları sağ-salamat olsun. Şəhid analarına və atalarına Allahdan səbir diləyirəm”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Laçın şəhərinə, Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanları yola salınıb.