BAKI, 12 dekabr. TELEQRAF
"Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın formalaşmasında mühüm rol oynayıb".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bu gün ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyi dövründə qarşılaşdığı çoxsaylı çətinlikləri böyük bir dövlət xadimi olaraq aradan qaldırıb, ölkənin müstəqilliyini, iqtisadiyyatını və siyasi sabitliyini gücləndirib:
“Bugünkü Azərbaycan onun uzaqgörən siyasəti və əvəzsiz rəhbərliyi sayəsində inkişaf edib və möhkəmlənib”.