BAKI, 16 dekabr. TELEQRAF
Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.
Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüş zamanı Azərbaycan Respublikasının Rusiya Federasiyasının müxtəlif subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığı qeyd olunub.
Ticarət-iqtisadi və investisiya sahələrində qarşılıqlı fəaliyyətin artırılması, nəqliyyat-logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb.
Həştərxan vilayəti tərəfindən Qubadlı rayonunda uşaq bağçasının inşası qeyd edilib.
Söhbət zamanı “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına, həmçinin Xəzər dənizinin dayazlaşması probleminə xüsusi diqqət yetirilib.