BAKI, 20 iyun. TELEQRAF

İsrail ordusu Tehranın mərkəzinə silsilə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Onlarla hədəf, o cümlədən hərbi raket istehsalı obyektləri və İranın nüvə silahı layihəsinin tədqiqi və inkişafı üçün SPND qərargahı vurulub”, - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, Tehrana hücumda 60-dan çox qırıcı iştirak edib. İrandakı hərbi hədəfləri vurmaq üçün 120-yə yaxın sursatdan istifadə edilib.