BAKI, 18 iyun. TELEQRAF
İran İsrailə yeni raket zərbələri endirib.
Teleqraf xəbər verir ki, Təl-Əvivdə və ölkənin mərkəzi və şimalındakı digər şəhərlərdə həyəcan sirenaları eşidilib və bir neçə zərbə də qeydə alınıb.
Yerli KİV-in məlumatına görə, ən azı 25-30 raket atılıb və İD onların qarşısını alır.
Məlumdur ki, artıq azı 3 raket Quş Dana, daha biri isə Negevə düşüb.
Bat Yam sakinləri də raket zərbələri barədə məlumat veriblər. Təcili xidmətlər hadisə yerinə yola düşüb.
***
00.51
İran ordusu İsrailə pilotsuz təyyarələrlə hücumların altıncı mərhələsinə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir: “Dron hücumunun altıncı mərhələsində İran ordusunun döyüş başlıqları ilə təchiz edilmiş onlarla PUA-sı İsrailə doğru atılıb və təyin olunmuş hədəflərə böyük ziyan vurulub”.