BAKI, 31 may. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Böyük Britaniyanın XİN rəhbəri David Lemmi Rusiya-Ukrayna münaqişəsinin dayandırılması istiqamətində atılan addımları müzakirə ediblər.
Teleqraf xəbər verir ki, tərəflər arasında baş tutan telefon danışığı zamanı ikitərəfli münasibətlərin, həmçinin Rusiya və Ukrayna arasında müharibənin dayandırılması üçün atılan addımların müzakirə edildiyi bildirilir.
Bundan əlavə, Fidan və Lemmi Suriyadakı hadisələr, Pakistan və Hindistan arasındakı vəziyyət və digər regional məsələlər haqqında danışıblar.