BAKI, 25 may. TELEQRAF.
ABŞ-nin vitse-prezidenti Jey Di Vens bildirib ki, Amerika universitetlərinin çoxunun rəhbərliyi ölkənin ağdərili və asiyalı əhalisinə irqi ayrı-seçkilik edir.
Teleqraf xəbər verir ki, Vens bu barədə X sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, ölkənin təhsil və elm sektorunda fundamental tədqiqatların kommersiya sahəsində tətbiqinə mane olan ciddi bürokratik problemlər var.
Vitse-prezident bildirib: "Bundan əlavə, bir çox universitetlər açıq şəkildə bu ölkənin vətəndaş hüquqları qanunlarını pozan irqi ayrı-seçkiliklə (əsasən ağdərililərə və asiyalılara qarşı) məşğul olurlar".
O, fikrini belə yekunlaşdırıb: "Universitetlərimiz Tramp administrasiyasının siyasətini bu problemlərin həlli üçün zəruri düzəliş vasitəsi kimi nəzərdən keçirə, öz strategiyalarını dəyişdirə və islahatların həyata keçirilməsi üçün administrasiya ilə birgə işləyə bilər. Yaxud onlar vacib demokratik məsuliyyət əvəzinə "faşizm" deyə qışqıra və aktuallıqlarını ititrərək, uçuruma yuvarlana bilərlər".