BAKI. 24 may. TELEQRAF

ABŞ ordusu Ukraynada döyüş əməliyyatları zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə təcrübəsini fəal şəkildə öyrənir.

Teleqraf xəbər veriur ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Siz elə bir iş və peşə ilə məşğulsunuz ki, burada hər şey müharibədə olduğu kimi sürətlə dəyişir", - ABŞ lideri Vest-Pointdə (Nyu-York ştatı) yerləşən ABŞ Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı bildirib.

"Təəssüf ki, biz bunu Rusiya-Ukrayna münaqişəsinin nümunəsində görürük. Biz bunu öyrənirik. Bu, öyrənmək üçün çox qorxunc bir şeydir, amma biz müxtəlif döyüş formalarını görürük. Biz bucaq altında, sürətlə və dəqiqliklə enən pilotsuz uçuş aparatlarını görürük. Biz heç vaxt belə bir şey görməmişik, biz bundan öyrənirik, sizin peşəniz çox sürətlə dəyişir", - Tramp əlavə edib.