BAKI, 19 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın bəhs etdiyi nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı yazılı təklif hələ də İrana təqdim edilməyib.

Teleqraf xbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edir ki, Vaşinqtonun təkliflərə dair rəsmi sənəd təqdim etməməsi dialoq və razılaşma perspektivlərini çətinləşdirir.