BAKI, 16 aprel. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Suriyanın şərqində yerləşən Deyr-əz-Zor vilayətindəki hərbi bazadan çıxarılmasına başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, amerikalı xüsusi təyinatlı hərbçilər Koniqo qaz yatağı ərazisində yerləşən hərbi obyekti tərk edərək İraq Kürd Muxtariyyətinə doğru hərəkət edirlər.

ABŞ-nin regiondakı əsas bazalarından biri məhz həmin ərazidə yerləşir.