XOCAVƏND, 1 oktyabr. TELEQRAF

“Birliyin Gücü-2026” birgə hərbi təlimini uğurlu şəkildə başa çatdırdıq. Birgə təlimin planlanması və icrası mükəmməl şəkildə həyata keçirildi”.

Teleqraf-ın Xocavəndə ezam olunan müxbiri xəbər verir ki, bunu “Birliyin Gücü-2026” birgə hərbi təliminin mükafatlandırma mərasimində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

Milli müdafiə naziri təlim iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb.

“İnanıram ki, digər qardaşlarımızla birlikdə daha böyük təlimlərdə iştirak edəcəyik. Biz bölgədəki vəziyyəti nəzərə alaraq ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq”.