BAKI, 13 aprel. TELEQRAF

İsrail ordusu Qəzza zolağının mərkəzindəki Ən-Nusayrat bölgəsində yaşayan fələstinliləri ərazini tərk etməyə çağırıb.

Teleqraf xəbər verir ki, İsrail ordusunun nümayəndəsi Avichay Adrae "X" sosial şəbəkə hesabında bununla bağlı xəritə paylaşıb.

O, paylaşımında məcburi təxliyə əmrinin Əl-İman, Ət-Təqva, Əl-Basatin, Əl-Zəhra, Əl-Bəvadi və Ən-Nuzhe məhəllələrini əhatə etdiyini bildirib.

Adrae həmin bölgələrdən raketlər atıldığını iddia edib və İsrail ordusunun bölgəyə şiddətli hücumlar təşkil edəcəyini və bunun "son xəbərdarlıq" olduğunu bildirib.

Digər tərəfdən İsrail ordusu yazılı açıqlamada Qəzzadan İsrailin cənubuna doğru atılan raketin havada məhv edildiyini bildirib.