BAKI, 10 aprel. TELEQRAF

Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda keçiriləcək məsləhətləşmələrin ikinci raundu Moskva vaxtilə saat 10-da başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Danışıqlarda iştirak edən şəxslərin Rusiya Baş Konsulluğuna gəlməsindən qısa müddət sonra məsləhətləşmələrə start veriləcək.

Məlumata görə, Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev rəhbərlik edəcək.

ABŞ tərəfini isə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter təmsil edəcək.