BAKI, 9 aprel. TELEQRAF

İran ABŞ ilə aparılacaq danışıqlarda uranın zənginləşdirmə səviyyəsini aşağı salmağa razı ola bilər, amma bunun qarşılığında ABŞ-nin İrana qarşı bütün sanksiyaları tamamilə ləğv etməsini və ölkə daxilindəki müxalifətə dəstəyini dayandırmasını tələb edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Javan” nəşri məlumat yayıb.

“İran uranın zənginləşdirilmə səviyyəsini öz tərəfındən aşağı salmağa razı ola bilər. Lakin bunu hər hansı bir güzəşt kimi qiymətləndirmək olmaz. Nüvə sənayesinin və silah məqsədi daşımayan zənginləşdirmə səviyyəsinin qorunması bu, uzun illərdir ki, danışdığımız və istədiyimiz bir məsələdir”,- məlumatda deyilir.