BAKI, 29 mart. TELEQRAF

Moskva məhkəməsi dələduzluqda ittiham olunan ukraynalı iş adamı və Dünya Yəhudi Konqresinin vitse-prezidenti Eduard Şifrinin əmlakına və aktivlərinə həbs qoyub.

Teleqraf xəbər verir ki, bu barədə TASS xəbər yayıb.

“Məhkəmə təqsirləndirilən E.V.Şifrinin əmlakına həbs qoyulması ilə bağlı vəsatətin təmin edilməsi barədə qərar çıxarıb”, - məlumatda deyilir.

Biznesmen Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ittiham olunur.

Qeyd edək ki, Şifrin Dnepropetrovskda anadan olub. O, metallurgiya istehsalı, gəmiçilik, daşınmaz əmlak və kənd təsərrüfatı ilə məşğul olan “Midland Group” holdinqinin həmtəsisçisidir. Müxtəlif mənbələrin məlumatına görə, Şifrinin sərvəti 1 milyard dolları ötür.