BAKI, 28 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Türkiyə ilə bağlı bir sıra mühüm açıqlamalar verib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə saytları məlumat yayıb.

Avropanın öz təhlükəsizliyi üçün daha güçlü müttəfiqliyə nail olmasının vacibliyindən danışan Fransa Prezidenti Rusiya-Ukrayna müharibəsinin bitməsinə Türkiyənin təsir göstərə biləcəyindən danışıb. O deyib: "Əvvəlcə bunu ifadə etmək istəyirəm ki, biz Türkiyəyə hörmət bəsləyirik. O, böyük bir ölkədir və qitəmizin təhlükəizliyi ilə istiqrarı üçün öz tarixinə sadiq qalaraq, önəmli bir rol oynamaq potensialına sahibdir".

Türkiyə ilə dialoqun hər zaman davam etdiyini vurğulayan Makron bildirib: "Ankara ilə dialoqu hər zaman davam etdirməyə səy göstərdik".

Son aylar Türkiyə rəhbəri Rəcəb Tayyip Ərdoğanla daim ünsiyyət saxladığını qeyd edən Makron söyləyib: "Fevralın 24-də Vaşinqtona, Prezident Trampla görüşməyə gedərkən belə yolda onunla görüşdüm".

Türkiyənin Qara dənizdəki xüsusi roluna diqqət çəkən Makron bu dövlətin Ukrayna mövzusunda aparıcı oyunçulardan olduğunu deyib: "Ukrayna mövzusunda Türkiyənin oynayacağı bir rol var. İstəsə, bu dayanıqlı sülhə töfhəsini verə biləcək oyunçu ola bilər.

Türkiyənin taxıl ixracatındaki mövqeyini dəyərləndirən Makron bildirib: "Türkiyəni unutmamalıyıq, taxıl ixracatının azadlığına yardımçı oldu. Onun Qara dənizdəki rolu anlaşmalarla tanınan bir gerçəklikdir".