BAKI, 28 mart. TELEQRAF

Kanadanın Amerika ilə köhnə münasibətlərinin erası bitib.

Teleqraf xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Kanada çox yaxın gələcəkdə ABŞ-nin açıq-aşkar proteksionist siyasəti ilə əlaqədar iqtisadi strategiyasını kökündən nəzərdən keçirməyə hazırlaşır.

Karni bildirib: “Biz artıq ABŞ ilə ticarət münasibətlərinə əvvəlki kimi etibar edə bilmərik”.

Eyni zamanda o, hökumətinin həyata keçirmək niyyətində olduğu konkret tədbirlərdən danışıb. Belə ki, Ottava Amerika bazarından iqtisadi asılılığını azaltmaq niyyətindədir. Bunun üçün Kanada ticarətini başqa ölkələrə istiqamətləndirəcək. Ölkə daxilində müstəqil təchizat şəbəkəsinin qurulmasına və Kanadanın iqtisadi müstəqilliyinə nail olunmasına da ciddi diqqət yetiriləcək.