.jpg)
BAKI, 25 mart. TELEQRAF
Ağ Ev Amerika Birləşmiş Ştatlarının nümayəndələri ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqları müsbət qiymətləndirir.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
“Ər-Riyadda danışıqlar çox yaxşı gedir. Yaxın vaxtlarda müsbət bəyanatın veriləcəyini gözləyirik”, - agentliyin mənbəsi bildirib.