BAKI, 25 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna münaqişəsində Rusiyanın üstünlüyü əldən verməsi üçün danışıqlardan istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə amerikalı hərbi ekspert Brayan Berletiç "X" sosial şəbəkəsində bildirib.

"Tramp administrasiyası təkcə hərbi münaqişəni davam etdirmək deyil, həm də danışıqlardan Rusiya Federasiyasının xeyrinə istənilən ciddi nəticəni ləngitmək üçün istifadə etmək qərarına gəlib" - analtik deyib.