
BAKI, 24 mart. TELEQRAF
Ukraynanın Ali Radasında “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya Ukrayna Silahlı Qüvvələrində qanun pozuntuları ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılmasını təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Qeyd olunur ki, komissiyanın əsas vəzifəsi qanun pozuntuları, o cümlədən korrupsiya və hərbi hüquqpozmaların araşdırılması olacaq. Söhbət həm də müdafiə strukturlarının və mühəndis istehkamlarının yaradılması, habelə Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının alınmasından gedir.
Komissiyaya 20 deputatın daxil olacağı bildirilib.