
BAKI, 24 mart. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-ın Dövlət katibi Marko Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Teleqraf xəbər verir ki, telefon danışığı zamanı tərəflər regionda baş verən son hadisələri, o cümlədən girovların azad edilməsi və Qəzza zolağında hərbi əməliyyatların bərpasını müzakirə ediblər.
Dövlət katibi Rubio ABŞ-nin İsrailə tam dəstəyini ifadə edib.