BAKI, 25 mart. TELEQRAF

Ankarada İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya və terror istintaqına etiraz olaraq keçirilən icazəsiz nümayişlər zamanı daha 2 polis əməkdaşı xəsarət alıb. Barrikada qurmağa çalışan və təhlükəsizlik qüvvələrinə hücum edən nümayişçilər arasında 44 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" kanalı məlumat yayıb.

İstanbul Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı korrupsiya və terror araşdırmalarına etiraz etmək istəyən qrup Çankaya Bələdiyyəsinin binası qarşısına toplaşıb.

Aksiyaçılar barrikadanı aşmağa çalışaraq polisə müqavimət göstəriblər.

Etirazçılara meqafon vasitəsilə müraciət edən polis rəsmiləri nümayişçilər arasında təxribatçıların olduğunu, polisə daş və butulka atdıqlarını bildirib.

Polis etirazçılara qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. iə

44 aksiya iştirakçısı saxlanılıb.