
BAKI, 25 mart. TELEQRAF
Rusiya və ABŞ nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda danışıqlar aparıb. Görüş çətin keçsə də, hər iki tərəf üçün faydalı olub.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.
"Tərəflər bir çox problemi müzakirə edib. Bu, həm bizim, həm də amerikalılar üçün çox faydalı keçdi. Əlbəttə, bütün məsələlər həll olunmadı, razılıq əldə edilmədi. Amma belə bir söhbətin baş tutması çox vacib idi", - Karasin bildirib.
O qeyd edib ki, Rusiya və ABŞ arasındakı danışıqlar BMT və ayrı-ayrı ölkələrin iştirakı ilə davam etdiriləcək.