
BAKI, 25 mart. TELEQRAF
Bu il üçün Venesuela dünyanın ən təhlükəli ölkəsi elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə müxtəlif ölkələrdə cinayət nisbətlərini qiymətləndirən Numbeo jurnalının tədqiqatçıları məlumat yayıblar.
Araşdırmaya görə, Venesuelada cinayət indeksi 80,7, təhlükəsizlik indeksi isə cəmi 19,3 olub. Siyahıda ikinci yeri Papua Yeni Qvineya (cinayət indeksi - 80,3, təhlükəsizlik -19,7) tutur. İlk üçlüyü isə Haiti tamamlayır (cinayət indeksi - 78,9, təhlükəsizlik - 21,1).
Ən təhlükəli ölkələrin ilk onluğunda, həmçinin Əfqanıstan, Cənubi Afrika, Honduras, Trinidad və Tobaqo, Suriya, Yamayka və Peru yer alıb.
Rusiya isə reytinqdə 97-ci yerdə qərarlaşıb.