
BAKI, 25 mart. TELEQRAF
ABŞ müdafiə naziri Pit Heqset Yəmənə hücum əməliyyatları ilə bağlı məxfi məlumatların kənara sızdırılmasını təkzib edib.
Teleqraf xəbər verir ki, Pentaqon rəhbəri Husi üsyançılarına endirilən zərbələri müzakirə edən zaman təsadüfən jurnalistin otağa daxil olması ilə bağlı xəbərlərə cavab verib.
Nazir əmin edib ki, otaqda heç kim hərbi planları müzakirə etməyib.
Martın 24-də "American Atlantic" jurnalının redaktoru Ceffri Qoldberq deyib ki, ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri onu səhvən Yəməndə husilərin mövqelərinə zərbələr endirilməsinin müzakirə edildiyi gizli hökumət otağına dəvət ediblər. Qoldberqin sözlərinə görə, söhbətdə Yəmənə planlaşdırılan zərbələr barədə əvvəlcədən o məlumatlı olub.