
BAKI, 25 mart. TELEQRAF
Çilinin Araukaniya bölgəsində davam edən meşə yanğını səbəbindən 2000 insan təxliyə edilib.
Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın indiyədək 1190 hektar ərazini külə çevirib.
Məlumata görə, Traiguen şəhərindəki bütün məktəblərin bağlandığı, havadan və qurudan çox sayda komandanın yanğına müdaxilə etdiyi bildirilib.