BAKI, 25 mart. TELEQRAF

Yəmənin üsyançı Ənsarulah (Husilər) hərəkatı Qırmızı dənizdə ABŞ-nin aviadaşıyıcı qrupuna hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Husi silahlı qüvvələrinin nümayəndəsi Yəhya Saria “Al Masirah” telekanalında bildirib.

Onun sözlərinə görə, hücum Amerikanın Yəmənə təcavüzünə, Səna və Səadada dinc əhalini qırmasına cavabdır.