BAKI, 25 mart. TELEQRAF

Bir qrup ABŞ senatoru hökuməti Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya təhvil verməyə və müttəfiqləri də eyni addımı atmağa sövq etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, sənədi ABŞ dövlət katibi Marko Rubioya hər iki partiyadan olan amerikalı senatorlar göndərib. Məktubu respublikaçılar Todd Yanq və Lindsi Qrem, həmçinin Demokratlar Riçard Blumental və Tim Kaine imzalayıblar.

Senatorlar prezident Donald Trampın administrasiyasını Rusiyanın dondurulmuş 300 milyard dollardan çox aktivlərini Ukraynaya təhvil verməyə və müttəfiqləri də eyni addımı atmağa tələsdirməyə çağırıb.